Menu

Polis 16 yaşlı oğlanın öldürülməsinə görə üç nəfəri axtarır

11.07.2015, 14:25
Polis 16 yaşlı oğlanın öldürülməsinə görə üç nəfəri axtarır

Daxili İşlər Nazirliyi Masallıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirən Xıl kənd sakinləri - əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, digər şəxslər Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.

Hazırda onların tutulmaları istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, 16 yaşlı H. Məmmədov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol