Bakıda 44 yaşlı qadın naməlum səbəblərdən öz mənzilində dünyasını dəyişib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ötən gecə “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1971-ci təvəllüdlü Əhmədova Ülviyyə Sədaqət qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Ü.Əhmədovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.


Şərhlər