Menu

Belarus Ukraynanı qazsız qoydu! - "Kremldən tövsiyyə olunub"

12.07.2015, 16:09
Belarus Ukraynanı qazsız qoydu! - "Kremldən tövsiyyə olunub"

Xarici KİV-in yaydığı xəbərə görə, Belarus, Litvadan Ukaynaya sıxılmış təbii qazın (STQ) tranzitinə razılıq verməyib. Bu barədə xəbəri Litvanın «Klaipedos Nafta» şirkətinini nümayəndəsinə istinadla Polşa KİV-i yayıb (Rosbalt).

«Biz də, Ukrayna tərəfi də bunda maraqlıyıq. Belə tranzit üçün imkanlar var, amma biz, imtina ilə üzləşdik» - deyə, Litva şirkətinin mətbuat katibi İndra Milinene bəyan edib.

«Svoboda i demokratiya» fondunun («Azadlıq və demokratiya») nümayəndəsi Marek Butko hesab edir ki, prezident Aleksandr Lukaşenkonun belə qərar verməsi Kreml tərəfindən «tövsiyyə olunub», xüsusilə də belə bir şəraitdə ki, Rusiya Belarusa növbəti kredit vəd edib.

«Lukaşenko Ukrayna böhranından da özü üçün mümkün qədər çox bazarlıq etmək cəhdi göstərir. Bizdə məlumat var ki, Belarusdan olan yük maşınları Donbasdan kütləvi halda avadanlıq, kömür çıxarar, yəni ki, rusiyalar kimi onlar da Donbası talayırlar. İndi isə məlum olur ki, Lukaşenko da Ukraynanın enerji blokadasından qazanmaq qərarına gəlib və Litvadan sıxılmış qazın Ukraynaya tranzitinə razılıq verməyib» - deyə, Butko bəyan edib.

Butko onu da qeyd edib ki, Ukraynanın enerji blokadasının əvəzində Aleksandr Lukaşenko iyulda Vladimir Putindən 760,0 milyon dollar həcmində kredit alacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol