Menu

Jvaniyanın qalıqları İsveçrədə ekspertizadan keçiriləcək

16.01.2014, 14:54
Jvaniyanın qalıqları İsveçrədə ekspertizadan keçiriləcək

“Gürcüstanın Baş Prokurorluğu sabiq baş nazir Zurab Jvaniyanın ölümü ilə bağlı araşdırmalar üzərində daim iş aparır və onun meyitinin eksqumasiyasını, İsveçrədə qalıqların ekspertizasını keçirməyi planlaşdırır”. Baş nazir İrakli Qaribaşvili yanvarın 16-da jurnalistlərə belə açıqlama verib.

“Media forum” saytının məlumatına görə, Qaribaşvili keçmiş baş nazirin meyitinin eksqumasiyası məsələsinin qaldırıldığını bildirib: “Baş Prokurorluq İsveçrədəki laboratoriyanı bu prosesə cəlb etməyi planlaşdırır”.

“Gürcü arzusu” koalisiyası 2012-ci ildə hakimiyyətə gələndən sonra Jvaniyanın ölümü ilə bağlı araşdırmaya başlanıb.

Jvaniyanın və onun partiya tərəfdaşı – Kvemo-Kartli regionunun qubernator müavini Raul Usubovun meyitləri 2005-ci ilin fevralın 3-də Tbilisinin mərkəzindəki mənzilində tapılıb. Rəsmi məlumatlarda onların dəm qazından zəhərləndiyi açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol