Menu

“Avropa İttifaqı münasibətləri daha da inkişaf etdirməyə çalışır”

13.07.2015, 14:12
“Avropa İttifaqı münasibətləri daha da inkişaf etdirməyə çalışır”

“Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir və bu münasibətləri daha da inkişaf etdirməyə çalışırıq. Bizim Azərbaycanla enerji əməkdaşlığımız var və ticarət, iqtisadiyyatın diversifikasiyası kimi sahələrdə də əməkdaşlığımızı genişləndirmək istəyirik”.

Bunu APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Bakı-2015 I Avropa Oyunlarını uğurla keçirilməsi münasibətilə Azərbaycanı, eləcə də bütün medalçıları təbrik edən M. Mard, bu oyunların Avropa idmançılarının bir araya toplanması, bir-biri ilə tanışlığı üçün çox yaxşı şans olduğunu bildirib: “Avropa Oyunlarının açılış mərasimində iştirak etdim. Şəxsən mənə çox xoş təsir bağışladı. Bu cür tədbirlər ölkələr və insanlar arasında yaxşı münasibətlərin qurulmasında çox mühüm rol oynayır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol