Menu

İraq ordusu İŞİD-ə qarşı əməliyyata başladı

13.07.2015, 18:18
İraq ordusu İŞİD-ə qarşı əməliyyata başladı

İraq ordusu şiə könüllülərin və yerli sünni qəbilələrin dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıb.Avropa.info xəbər verir ki, əməliyyatın hədəfi Ənbər əyalətinin İŞİD-in əlində olan qərb torpaqlarıdır. İraq ordusuna başçılıq edən baş nazir Heydər əl Abadi İŞİD üzərində qələbə vəd edib.

Qərb koalisiyasının əməliyyatda iştirak edib-etməməsi məlum deyil. Ancaq Ramadi və Fəlluca sakinləri bu şəhərlərin ağır bombardmanlara məruz qaldığını bildirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol