Xarici KİV-in məlumatına görə, Gürcüstan Fransanın «MVDA» şirkəti ilə yeni müqavilə bağlayıb. Bu şirkət Avropada raket sistemlərinin layihələşdirilməsi və istehsalı üzrə aparıcı müəssisə hesab olunur (Rosbalt).
Saziş ötən həftə qüvvəyə minib, onun şərtlərinin yerinə yetirilməsinə isə gələn il yanvarın 1-dən başlanacaq.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli qeyd edib ki, siyasi iradə olmadan sazişin imzalanması mümkün olmazdı. Onun sözlərinə görə, «Fransa tərəfi heyrətamiz inam və həmkarlıq keyfiyyətləri nümayiş etdirdi».
Nazir deyib: «Əsas məsələ həll olundu və biz, Gürcüstanın hava hücumundan müdafiə sahəsində təhlükəsizliyinin təmin olunması üçün özül əldə etdik. Bu sistem NATO standartları ilə tam uzlaşır. Biz, elə bir sistem almışıq ki, dünyada ən müasir qurğu sayılır».
Xatırladaq ki, Gürcüstan, hava hücumundan müdafiə vasitələri almaq üçün ilk müqaviləni bu ilin iyununda imzalayıb. Onun əsasında Tbilisi Fransadan ən müasir və dünyada ən yaxşısı sayılan hava hücumundan müdafiə (HHM) sistemi alıb.
AzPolitika.info


Şərhlər