Menu

Taylanddan uyğur türkləri ilə bağlı qərar - FOTO, VİDEO

13.07.2015, 22:20
Taylanddan uyğur türkləri ilə bağlı qərar - FOTO, VİDEO

Tayland höküməti 60 uyğur türkünün onların istədikləri ölkəyə göndəriləcəkləri haqqında açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Tayland hökümətinin sözcüsü Sansern Kayukamnerd hər hansı terrorçuluq fəaliyyəti və kirminal aləmlə əlaqəsi olmayan uyğurların Çin və ya Türkiyəyə təhvil verəcəklərini bildirib.Taylandda saxlanılan uyğur türklərinin yaşamaq üçün Türkiyəni seçəcəyi barədə məlumatlar var. Bundan əvvəl Tayland höküməti 85-i kişi 24-ü qadın olmaqla 109 uyğur türkünün başına torba keçirərək onları Çinə geri qaytarmışdı.

Başlarına torba keçirilmiş uyğurlar

 

Həmçinin Çin polisi 109 uyğur türkünün Yaxın Şərqdəki terrorçu qruplara qoşulmaq niyyətində olduqlarını və bunun üçün Türkiyə ərazisindən istifadə etmək fikirində olduqlarını açıqlayıb. Təyyarəyə minidirilən uyğur türklərinin Çin ərazisində hara aparıldığı barədə heç bir məlumat yoxdur. Türkiyə məsələ ilə bağlı Çinə qarşı etirazını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol