Menu

Ən savadlı və ən savadsız rayonlar - İnteraktiv xəritə

14.07.2015, 02:29

mekteb-shagirdler-dersdeTələbə Qəbulu üzrə Dövlət Komissiyasının builki 11-cilər arasında apardığı buraxılış imtahanlarının nəticələrinə görə Sabirabad şagirdləri ən aşağı nəticə göstəriblər. Bölgələr üzrə 11-cilərin nəticələri interaktiv xəritədə.

İyulun 14-də Azərbaycanda ali məktəbələ qəbul imtahanları başlayır. Bu imtahanlar Azərbaycan ailələrində təhsil mövzularını daha da aktuallaşdırıb. Hansı məktəblər, hansı bölgələr şagirdlərə daha yaxşı təhsil verir?

Bu suallara Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında ətraflı cavablar var. Məsələn, bu komissiyaının keçən ay ölkə üzrə orta məktəblərdə apardığı buraxılış imtahanlarının nəticələrinə görə hərbi liseylərin 11-ciləri hamıdan yuxarı nəticələr göstərirlər. Bu liseyləri şagirdləri bütün fənlərdən 99.48 faiz müsbət qiymət alıblar.

Bölgələr arasında isə Naftalan şəhərinin 11-ciləri hamıdan yuxarı - 91.3 faiz, Sabirabad rayonu isə hamıdan az - 30.82 faiz nəticə göstəriblər.(azadlıq.org)

Azərbaycanın bölgələri üzrə bütün məlumatlar aşağıdakı interkativ xəritədə əks olunub:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol