Menu

Məhkəmədən Ərdoğanı şoka salacaq qərar

14.07.2015, 09:25

gulen-erdogana-beddua-ettiFətullah Gülən Türkiyədə fəaliyyətinə davam edəcək.

Türkiyədə ali məktblərə hazırlıq kurslarının ləğv olunmasını tənzimləyən qanun Konstitusiya məhkəməsi tərəfindən ləğv olundu. Anspress-in məlumatına görə, qərar Konstitusiya məhkəməsi üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Konstitusiya məhkəməsinin bu qərarı ilə 1 sentyabr 2015-ci ildən bağlanması nəzərdə tutlan hazırlıq kursları fəaliyyətlərinə davam edəcək.

Xatırladaq ki, hazırlıq kurslarının bağlanması məsələsi ilk dəfə baş nazir olduğu dövrdə Rəcəb Tayyib Ərdoğanın, “Bir şagird hazırlıq kurslarını bitirərək ali məktəbə daxil ola bilirsə biz orda olan sistemi orta məktəblərdə tətbiq edərik” – sözləri ilə gündəmə gəlmişdi.

Hazırlıq kurslarının bağlanmasını tələb edən layihə 2014-cü il fevralın 28-də Türkiyə Böyük Millət Məclisində keçirilən plenar iclasda 22-yə qarşı 226 səs çoxluğu ilə qanunlaşmışdı.

Qanun həmin il martın 13-də prezident Abdullah Gülün imzalaması ilə qüvvəyə minmişdi.

Qərarın müzakirəyə çıxarılması və qanunlaşaraq qüvvəyə minməsi Ərdoğan iqtidarı ilə Fətullah Gülənin "Xidmət" hərəkatı arasında bu gün də davam edən ciddi münaqişələrə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol