Menu

Çin polisi 3 uyğuru güllələdi

14.07.2015, 11:51
Çin polisi 3 uyğuru güllələdi

Çinin şimalşərqində polis 3 müsəlman uyğuru güllələyib öldürüb. Onların terrorçu olduğu, həbs olunmamaq üçün bıçaqdan istifadə etdiyi bildirilib.

Şenyanq polisi bildirir ki, iyulun 13-də dördüncü şübhəli də yaralanıb, onlarla olan 3 uşaq isə saxlanıb.

“Terrorçular xəbərdarlığa fikir verməyəndən sonra polis atəş açıb,” məlumatda deyilir.

Münhendə mənzillənən Dünya Uyğur Konqresinin məlumatına görə, həmin uyğurlar Çinin şimal sərhədindən qaçmaq istəyənlər olub.

Pekin uyğurları terrorçuluqda ittiham edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol