İran ilə BMT-nin 5 daimi üzvü və Almaniya (P5+1 ölkələri) nüvə məsələsində razılığa gəldilər.
"Marja"nın məlumatına görə, İran və böyük dövlətlər nüvə danışıqları üzrə razılaşma təmin ediblər. Bu barədə iranlı bir diplomat açıqlama verib.
AP xəbər agentliyinə məlumat verən diplomatlar, bu gün bir razılaşmanın olmasının mümkün olduğunu açıqlamışdılar.
Reuters-ə məlumat verən mənbələr isə, üzərində çalışılan layihə sazişinə əsasən, Birləşmiş Millətlər Təşkilatının auditorlarının lazım görməsi halında İrandakı bütün obyektləri yoxlayacağını bildirmişdi. Vyanadakı danışıqlar iki həftədən çoxdur ki, davam edirdi.
İran və P5+1 ölkələrinin xarici işlər nazirləri Vyanada Bakı vaxtı ilə 13:30-da görüş keçirəcəklər.
İranın razılığa gəlməsi xəbəri ilə avro/dollar 1.1003-dən 1.0969-a düşdü. Brent neftinin qiyməti isə 2% ucuzlşaraq 56,70 dollara düşüb.


Şərhlər