Menu

İrana qarşı silah embarqosu davam edəcək - Daha 5 il

14.07.2015, 13:02
İrana qarşı silah embarqosu davam edəcək - Daha 5 il

Xarici KİV-in yaydığı xəbərə görə, İran İslam Respublikasının nüvə proqramı üzə aparılan danışıqların nəticəsində imzalanacaq saziş bu gün elan olunacaq. Diplomatik mənbələrə istinad edən KİV-lər xəbər verirlər ki, saziş İrana qarşı tətbiq olunan silah embarqosunun daha 5 il müddətinə davam edəcəyini nəzərdə tutur (İnterfaks.ru).

Eyni zamanda, razılaşmaya əsasən, İrana raket silahlarının satılmasına qarşı yönəldilmiş məhdudiyyət tədbirləri də daha 8 il qüvvədə qalacaq.

Gözlənildiyinə görə, çərşənbə axşamı, günün sonlarında İranın və «altılıq» dövlətləri nümayəndələrinin sonuncu plenar iclası keçiriləcək, iclasdan sonra isə mətbuat konfransı olacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol