Menu

Azərbaycanın hesabına səhmləri bahalaşan şirkət

14.07.2015, 14:05
Azərbaycanın hesabına səhmləri bahalaşan şirkət

Azərbaycanda qızıl hasilatı ilə məşqul olan “Anglo-Asian Mining” şirkəti Gədəbəy rayonunda yerləşən yatağında istehsalı rekord səviyyəyə çatdırması fonunda səhmlərinin dəyərinin artdığını açıqlayıb. Bu barədə “Report” xəbər verir. Məlumata görə, şirkətin səhmlərinin dəyəri 23% artaraq 7,25 funt sterlinqə çatıb.

Bundan əlavə, “Anglo-Asian Mining”in saytında dərc edilən şərhdə deyilir ki, bu ilin yanvar-iyun aylarında qızıl istehsalı 32,8% artaraq 36 min usiyaya çatıb. 2015-ci ildə şirkətin qızıl istehsalı ilə bağlı qarşısına qoyduğu məqsəd 70-75 min unsiya idi.

Şirkətin icraçı direktoru Rza Vazerinin sözlərinə görə, bu dövrdə qızıl istehsalı şirkətin daxili gözləntilərini üstələyib. Bu isə, 2015-ci ilin qalan dövrü üçün şirkətə mövqeyini gücləndirmək üçün imkan yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol