Menu

Rusiya Britaniyanın təhlükəsizliyinə təhdidlər sırasındadır – Devid Kemeron

14.07.2015, 16:04
Rusiya Britaniyanın təhlükəsizliyinə təhdidlər sırasındadır – Devid Kemeron

Xarici KİV-in yaydığı xəbərə görə, Britaniyanın Baş naziri Devid Kemeron deyib ki, Rusiyanın artan aqressivliyi, cihadçılar və hakerlər Böyük Britaniyanın təhlükəsizliyinə ən böyük təhdidir. Məlumatı «BBC» yayıb (Rosbalt).

Bazar ertəsi Kemeron İraq və Suriyada «İslam dövləti» cihadçılar qruplaşmasına qarşı ABŞ-ın başçılığı ilə həyata keçirilən kampaniyada iştirak edən «Reaper» pilotsuz uçaqların yerləşdiyi hərbi-hava bazasına səfər edib.

Bundan sonra, Britaniya hərbi hava qüvvələrinə məxsus digər bazada çıxış edən baş nazir bəyan edib ki, Britaniyanı pilotsuz uçaqlarla, təyyarə-casuslarla və elit silahlı qüvvələrlə təmin etmək üçün əlindən gələni edəcək.

İyun ayında Devid Kemeron təsdiq edib ki, London Krımın ilhaqına və Ukraynanın şərqindəki böhrana görə, Rusiyaya yönəlik münasibətdə güzəştsiz mövqe tutur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol