Menu

Almaniya xarici işlər naziri İrana gedəcək

14.07.2015, 22:57
Almaniya xarici işlər naziri İrana gedəcək

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer İrana səfər etmək niyyətində olduğunu biildirib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla belə, o, hələlik səfərlə bağlı planın dəqiqləşmədiyini də söyləyib.

“Mən dəqiq İrana gedəcəyəm. Ancaq hələlik daha konkret nəsə bildirə bilmərəm”, - deyə o jurnalistlərlə söhbətində deyib.

İranla “altılıq” arasında bugügünkü anlaşmadan danışan Almaniya XİN başçısı ümid ifadə edib ki, İsfraili bu sənədin məqsədəuyğunluğuna inandıra biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol