Menu

Netanyahu Obamaya İranla bağlı narazılığını bildirib

14.07.2015, 22:59
Netanyahu Obamaya İranla bağlı narazılığını bildirib

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə “Haaretz” yazır.

Söhbət zamanı Benyamin Netanyahu bildirib ki, İranın nüvə proqramı ilə bağlı razılaşma İsrailin və bütün dünyanın təhlükəsizliyinə təhdiddir.

“Saziş İrana ən uzağı 10-15 il ərzində nüvə silahını əldə etməyə imkan verəcək. Digər təhdid İran hərbi maşınının beynəlxalq terrorizmə sponsorluq etməsidir”, deyə B. Netanyahu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol