Menu

Rusiyada saxta dolların həcmi 41,0 faizə yüksəlib!

15.07.2015, 03:18
Rusiyada saxta dolların həcmi 41,0 faizə yüksəlib!

Rusiya KİV-nin yaydığı məlumata görə, cari ilin birinci yarısında Rusiyanın bank sistemi tərəfindən aşkar olunmuş saxta rubl əskinaslarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalaraq, 37,3 min ədəd təşkil edib. Bununla eyni zamanda, Mərkəzi Bankın məlumatına görə, aşkarlanmış saxta valyuta banknotlarının sayı 39,9 faiz artaraq, 1,5 min ədədə çatıb (İnterfaks.ru).

Həmin dövrdə saxta rublların nominal qiyməti 150,8 milyon rubl təşkil edib. Bu, 2014-cü ilin birinci yarısında olduğundan 3,7 faiz çoxdur. Artım onunla izah olunur ki, saxta 5000-lik banknotların aşkarlanmış sayı 5,4 faiz çox olub. Ümumi məbləğdə aşkarlanmış 5000-lik banknotların payı artaraq, 2014-cü ilin yekunu ilə (75,9 faiz) müqayisədə 76,7 faizə yüksəlib. 2013-cü ildə isə bu rəqəm 49,8 faiz təşkil edib.

Bu zaman nominalı 1 min rubl olan saxta banknotların sayı 19,3 faiz, nominalı 500 rubl olan banknotların sayı 33,5 faiz, nominalı 50 rubl olan banknotların sayı isə 15,2 faiz azalıb. Nominalı 100 rubl olan banknotların sayı da 22,5 faiz artıb.

Fiziki şəxslərin nağd valyutaya olan tələbatı saxta pul kəsənləri fəallaşmağa sövq edib. 2014-cü ildə saxta rublların aşkarlanan sayı 2013-cü ildəki ilə müqayisədə 5,8 faiz artıb.

Saxta valyutada pul nişanlarının artım dinamikası daha əhəmiyyətli olub - 2014-cü ilin birinci yarısı ilə müqayisədə 39,9 faiz təşkil edib.

Aşkar olunmuş 1,5 min ədəd saxtanın 1,4 min ədədi ABŞ dollarını (2014-cü ilin birinci yarısı ilə müqayisədə +41,1 faiz), 90 ədədi avronu (+32,4 faiz) imtiasiya edib. Yarım ilə ərzində 22 ədəd Çin yuanı aşkar olunub ki, bu da 2014-cü il ərzində olduğundan (21 ədəd) çoxdur.

Saxtalar arasında Britaniya funt sterlinqi, Kanada və Avstraliyanın pul nişanları aşkar olunmayıb. Cəmi 2 ədəd Qazaxıstan pul nişanı bank nəzarətindən keçməyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol