Menu

“İran Azərbaycanla əməkdaşlığa hazırdır” - Səfir

15.07.2015, 13:08

iran nuve"Biz hesab edirik ki, sülh məqsədi ilə nüvə enerjisini istehsal etmək bütün dünya ölkələrinin haqqıdır".

APA-nın verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirilən mətbuat konfransında deyib.

“Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə - atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”, deyə səfir qeyd edib.

Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol