Menu

Putin seçkilərin erkən keçirilməsini təsdiqlədi

15.07.2015, 14:16
Putin seçkilərin erkən keçirilməsini təsdiqlədi

Rusiyada parlament seçkiləri nəzərdə tutulduğundan 3 ay tez keçiriləcək.

Prezident Putin 2016-cı ildə parlament seçkilərinin əvvəl nəzərdə tutulmuş vaxtdan 3 ay tez keçirilməsi barədə qanunu imzalayıb.

Qüvvəyə minmiş sənədə görə Rusiyada parlament seçkiləri dekabr ayından sentyabr ayının üçüncü bazar gününə keçirilərək sentyabrın 18-ə təyin olunub.

Iyulun 3-də qanun Rusiya parlamentində 2-ci və 3-cü oxunuşdan keçirilərək iyulun 8-də Federasiya Şurası tərəfindən bəyənilib.

Senatorların Dövlət Duması haqqında qanuna etdikləri dəyişikliyə əsasən, bundan sonra aşağı palataya seçkilər sentyabrın üçüncü bazar günü keçirilməlidir. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol