Menu

UEFA-dan "Qəbələ"nin ev oyunu ilə bağlı yekun qərar

15.07.2015, 14:27
UEFA-dan "Qəbələ"nin ev oyunu ilə bağlı yekun qərar

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə cavab görüşünü Bakıda keçirəcək.Bu barədə Qol.Az-a açıqlamasında klubun baş meneceri Zaur Əzizov məlumat verib.Klub rəsmisi iyulun 23-də keçirilməli olan "Qəbələ" - "Çukariçki" matçının 8-ci km qəsəbə stadionunda baş tutacağını bildirib.

Buna səbəb Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin Qəbələ şəhər stadionunu cəzalandırması səbəb olub.

Qeyd edək ki, həmin gün Bakıda "İnter" – "Hafnafyordur" matçı da keçiriləcək. Z.Əzizov bildirib ki, UEFA eyni gündə Bakıda iki Avropa Liqası oyununun keçirilməsinə icazə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol