Menu

Bakıda ağır yol qəzası: yaralılar var

15.07.2015, 15:08

yol-polisi-qezaBakıda yol qəzası qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də saat 13 radələrində Sabunçu rayonunda Bakı şəhər sakini Elmar Əsədov idarə etdiyi “Lada Priora” markalı avtomobili yolun kənarında dayanan, Əhməd Qurbanova məxsus “Daf” markalı avtomobilə vurub.

Nəticədə E.Əsədov və 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol