“Qalatasaray” klubu hollandiyalı ulduz Uesli Şnayderlə hələlik müqavilə imzalamayıb. Musavat.com-un məlumatına görə, müqavilənin imzalanacağı tarix maraqla gözlənilir.
Klubun çempionluğunda böyük payı olan Şnayder başqa klublara transver olunacağı barədə xəbərlərə baxmayaraq, karyerasını “Qalatasaray” da davam etdirməyi düşünür. Bir müddət əvvəl baş məşqçi Həmzə Həmzəoğlu da Şnayderlə yeni müqavilə bağlanacağına işarə vuraraq, “Ueslinin haqqını verəcəyik” demişdi.
Hər fürsətdə “Qalatasaray”da xoşbəxt olduğunu deyən Şnayderin də gözlədiyi budur, lakin bir şərtlə... Ulduz futbolçu illik 5 milyon avro ödənməsini tələb edir.


Şərhlər