Menu

«İsrail bunu tənqid etməyə yox, öyrənməyə borcludur...» - Ştaynmayer

15.07.2015, 17:45
«İsrail bunu tənqid etməyə yox, öyrənməyə borcludur...» - Ştaynmayer

Xarici KİV-in məlumatına görə, dünən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İsrailin İranla nüvə razılaşmasına yönəlik mövqeyini tənqidə məruz qoyub (İnterfaks.ru).

«ARD» telekanalına verdiyi müsahibədə nazir deyib: «Bu, məsuliyyətli anlaşmadır. İsrail də bunu tənqid etməyə yox, öyrənməyə borcludur...». O, həm də əlavə edib ki, saziş Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasına xidmət göstərəcək.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netenyahu, anlaşmanı «tarixi səhv» adlandıraraq, razılaşma əldə olunması barədə xəbərdən məyus olduğunu bəyan etmişdi.

İsraildə hesab edirlər ki, Qərblə razılığın əldə olunması 10-15 illik müddətdə İrana silahlanmaq imkanı verəcək. Hətta sazişə əməl olunacağı təqdirdə və Tehranın saziş şərtlərini pozacağı məqama qədərki dövr ərzində belə. Bundan başqa, İsrail hökuməti qeyd edir ki, Tehran dondurulmuş pulları hesabına milyardlar əldə edəcək ki, bu da İsrailin təhlükəsizliyinə hədə deməkdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol