Menu

Azərbaycanın təyyarə və helikopterləri cəbhəboyu uçuşlar keçirir - VİDEO

15.07.2015, 18:40

qirici_295150074855Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən keçirilir.

Təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol