Xarici KİV-in yaydığı məlumata görə, 2015-ci ilin iyun ayında ABŞ-da sənaye istehsalı, aya hesablamaqla, 0,3 faiz artıb. Bu rəqəm Amerika Mərkəzi bankının hesabatında yer alıb (Rosbalt).
«PRAYM»-ın xəbərinə görə, bu istiqamətdəki göstərici analitiklərin proqnozlarını (0,2 faiz artım) üstələyir.
İstehsal güclərinin yüklənməsi iyun ayında, may ayının göstəricisi ilə müqayisədə artaraq, 78,4 faizə çatıb. Ekspertlər iyun göstəricisini 78,1 faiz səviyyəsində proqnoz edirdilər. Yüklənmənin may göstəricisinə yenidən baxılaraq 78,2 faizdən 78,1 faizə endirilib.
ABŞ-da sənaye istehsalı indeksi iqtisadiyyat üçün əsas göstəricilərdən biri sayılır və Amerika şirkətləri tərəfindən buraxılan məhsulun bazarlar və kateqoriyalar üzrə fiziki həcmini əks etdirir (dağ-mədən sənayesi müəssisələri və kommunal müəssisələr daxil olmaqla).
AzPolitika.info


Şərhlər