Menu

Azərbaycanlı Yəməndən təxliyyə olundu - FOTO

16.07.2015, 09:07
Azərbaycanlı Yəməndən təxliyyə olundu - FOTO

Rusiya Fövqəladə hallar nazirliyinə aid təyyarə Yəmənin münaqişə zonasından 118 nəfəri təxliyyə edib. Anspress-in "Tass" agentliyinə istinadən verdiyi xəbərə görə, təxliyə olunan 118 sərnişin arasında azərbaycanlı da olub.

Rusiya FHN təyyarənin “Domodedovo hava limanında uğurlu eniş etdiyini bildirir. Qeyd olunur ki, sərnişinlərdən əlavə təyyarədə tibb işçiləri və qurumun psixoloqları da olub.

Təxliyyə olunanlar arasında 84 nəfər Özbəkistan və Yəmən vətəndaşlarıdır. Sərnişinlər arasında eləcə də 13 Rusiya, 8 Ukrayna vətəndaşı var. Digərləri Tacikistan, Moldova və Efiopiya vətəndaşlarıdır. Münaqişə zonasından çıxarılanlardan 17-si uşaqdır.

Qeyd edək ki, BMT-nin hesablamasınna görə bu ilin mart ayının sonundan etibarən Yəməndə Husilərlə hökümət qüvvələri arasında münaqişənin genişlənməsi nəticəsində 1,7 min insan həyatını itirib, 3,8 min insan isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol