Menu

İşğal altındakı kəndlərə od vuruldu - Foto

16.07.2015, 13:57
İşğal altındakı kəndlərə od vuruldu - Foto

Ermənistanın işğalçı ordusu nəzarət etdikləri Azərbaycan torpaqlarında gecələr yanğın törətməkdə davam edirlər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər Ağdam şəhərinin xarabalıqlarına və rayonun işğal altında olan Muğanlı, Abdal Gülablı kəndlərinin ərazilərinə, həmçinin həmin istiqamətlərdə yerləşən dağ massivlərində meşə və quru otlaq sahələrinə od vurublar.

Sözügedən istiqamətlərdə səhər saatlarınadək güclü alov müşahidə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol