Menu

Zənginləşdirilmiş uranın İrandan Rusiyaya keçməsi ABŞ-ı narahat etmir

16.07.2015, 17:55
Zənginləşdirilmiş uranın İrandan Rusiyaya keçməsi ABŞ-ı narahat etmir

Xarici KİV-in yaydığı məlumata görə, Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays çərşənbə günü bəyan edib ki, İrandan zənginləşdirilmiş uranın Rusiyaya keçə biləcəyi ehtimalı ABŞ-ı narahat etmir (RİA Novosti).

İranın nüvə proqramı üzrə sazişi şərh edərkən Rays «Röyter» agentliyinə verdiyi müsahibədə deyib: «Uran ola bilsin ki, hansısa bir üçüncü ölkəyə, məsələn, Rusiyaya göndərilsin. Mümkündür ki, bu, ən real variant olsun. Rusiyanın özünün nüvə materialı var və bu ölkə həmin materialı lazımi qaydada saxlayır. Odur ki, bu məsələdə heç bir narahatlıq yoxdur».

Müşavir qeyd edib ki, söhbət belə radioaktiv materialların saxlanmasından gedərkən, «Rusiya özünü məsuliyyətli aparır və bunu onillliklər boyunca nümayiş etdirib».

Prezident müşavirinin sözlərinə görə, «onlar uranı başqa materiala - belə məqsədlər üçün işlədilməyən məhsula emal edə bilərlər və bu, daha bir alternativdir». Onun sözlərinə görə, «belə materiallar üçün beynəlxalq bazar var və o, xərc çəkmədən təkrar emal oluna və açıq bazarda reallaşdırıla bilər».

Rays qeyd edib ki, əldə olunmuş sazişin şərtlərinə görə, sentrifuqalar söküləcək: «Hazırda İranın 19 minə yaxın sentrifuqası var. Sazişə əsasən onlardan 6 min ədədi saxlanacaq. Qalanları anbarlara göndəriləcək və onlar üzərində MAQATE daimi nəzarəti həyata keçirəcək».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol