Xarici KİV-in yaydığı xəbərə görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federika Moherini dünən «Euronews» telekanalının efirindən bəyan edib ki, İranın nüvə proqramı üzrə danışıqlarda Rusiya özünü etibarlı iştirakçı kimi göstərdi. Bu da gələcəkdə Rusiya Federasiyası (RF) ilə Avropa İttifaqı (Aİ) arasında gələcək əməkdaşlığa imkan yaradır (TASS).
«Bu formatda, bu məsələdə Rusiya ilə məkdaşlıq fövqəladə pozitiv oldu. Bu, göstərir ki, mühüm qlobal və ya regional mövzularda əməkdaşlıq mümkündür. Mən hesab edirəm ki, biz bunu daha çox istifadə etməliyik» - deyə, Moherini bəyan edib.
Ali təmsilçinin sözlərinə görə, Avropa İttifaqı və Rusiyanın digər birgə problemləri də var və onların həlli qarşıda durur. Nümunə üçün belə həll olunmamış problem kimi Moherini Yaxın Şərq tənzimləməsi məsələsini önə çəkib.
AzPolitika.info


Şərhlər