Menu

Blatter Putin ilə görüş istədi

16.07.2015, 18:39
Blatter Putin ilə görüş istədi

Rusiyanın idman naziri Vitali Mutko FİFA prezidenti Yozef Blatterin Dünya Çempionatı-2018-in püşkatma mərasimində iştirak etmək üçün Rusiyaya gələcəyini bildirib. Bununla yanaşı qeyd edilib ki, Blatter Rusiya prezidenti Vladimir Putin ilə görüş istəyib.

“Yozef Blatter püşkatmaya gələcək. Biz dünən onunla hər şeyi müzakirə etdik, gələcəyini təsdiqlədi və Rusiya prezidenti Vladimir Putin ilə görüş olacaq proqramı hazırlamağı xahiş etdi”, - Mutko bildirib, Oxu.az RİA Novosti-yə istinadən xəbər verir.

Xatırladaq ki, iyunun 2-də Blatter FİFA-nın rəhbəri postunu tərk edəcəyini elan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol