Menu

Daha 3 bankın qiymətli kağızlarının ticarəti dayandırıldı

16.07.2015, 19:08
Daha 3 bankın qiymətli kağızlarının ticarəti dayandırıldı

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Qiymətli Kağızlar Bazarı haqqında” yeni qanun qüvvəyə minməsi ilə əlaqədar sənədli investisiya qiymətli kağızlarının (səhm və istiqraz) buraxılışını, o cümlədən artıq tədavüldə olan sənədli investisiya qiymətli kağızları ilə əqdlərin həyata keçirilməsini qadağan edib. Komitədən fins.az-a verilən məlumata görə, bununla əlaqədar 3 kommersiya bankının “Bakı Fond Birjası” QSC-də listinqdən keçmiş sənədli səhmlərinin mütəşəkkil ticarəti onların sənədsizləşdirilməsinə qədər müvəqqəti olaraq dayandırılıb. Söhbət “Bank BTB", “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank”dan gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol