Menu

Ukrayna konstitusiyaya düzəliş edir

16.07.2015, 19:17
Ukrayna konstitusiyaya düzəliş edir

Ukraynanın Ali Radası konstitusiya dəyişikliyi ilə bağlı prezident Poroşenkonun təklifinin Konstitusiya məhkəməsinə göndərilməsinə səs verib.

Düzəlişlərdə Donetsk və Luqans vilayətlərində separatçıların nəzarətində olan rayonlara yerli özünüidarə statusu verilir.

Poroshenko parlamentdə çıxış edərkən bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin yazdığı kimi Donbasa xüsusi status verilməsindən söhbət də gedə bilməz.

Poroshenko qanun layihəsini parlamentə iyulun 15-də təqdim edib.

Bu ilin fevralında əldə edilmiş Minsk razılaşmasında Ukraynanın şərqindəki bir sıra rayonlara belə bir status verilməsi nəzərdə tutulur.

Rusiyapərəst separatçılar onların nəzarətində olan ərazilərə xüsusi status verilməsini və bunun Konstitusiyada qeyd edilməsini təkid edirdilər. Amma Petro Poreshonko bunu qəti şəkildə rədd elədi və bildirdi ki, bu federallaşmaya aparır və Ukrayna unitar dövlət kimi qalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol