"Qarabağ" futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı mümkün rəqiblər məlum olub.
Trend UEFA-nın saytına istinadən məlumat verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl komandalar qruplara bölünüb.
Ağdam təmsilçisi II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubunu məğlub etsə, növbəti mərhələdə aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
"Bazel" (İsveçrə)
"Trençin" (Slovakiya) - "Styaua" (Rumıniya) cütünün qalibi
"Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova) cütünün qalibi
"Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan) cütünün qalibi
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Şərhlər