Bğyük Britaniyanın xarici işlər naziri Filip Xammond ötən il Ukrayna (Donbas) səmasında vurulan Malayziya mülki təyyarəsi “Boeing”lə bağlı tribunal yaradılmasını dəstəklədiklərini bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.
“Öz həyatlarından məhrum olan 298 insan üçün məhkəmə ədaləti zəfər çalmalıdır. Bunu BMT-nin bütün üzv ölkələri üçün məcburi olan və günahkarların cəzalandırılmasını tələb edən qətnaməyə əsaslanan beynəlxaql tribunal tələb edir” – qeyd edib nazir.
Xammond qurbanlara münasibətdə ədalətin pozulmasını yolverilməz adlandırıb.
Xatırladaq ki, Rusiya belə bir tribunalın yaradılmasının əleyhinə çıxıb.
BMT Təhlükəsizlik Şurası məsələyə iyulun 21-də baxacaq.


Şərhlər