Rusiya müdafiə naziri Sergey Şoyqu Omsk şəhərindəki kazarmanın çökməsi nəticəsində zərər çəkmiş hərbçilərin valideynlərindən üzr istəyib. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, nazir bunu desantçıların doğmaları ilə görüşü zamanı bildirib.
“Bu faciəyə görə bizi bağışlayın. Biz hər şeyi edəcəyik ki, uşaqlar sağalsın, ailələrinizə bütün zəruri köməkliyi göstərəcəyik” –nazir deyib.
O, hərbi həkimlərdən yaralı desantçıların durumunu soruşub. Həkimlər vəziyyətin sağalmağa doğru getdiyini söyləyiblər.
Xatırladaq ki, iyulun 13-də Omskda kazarmanın uçması nəticəsində 23 hərbi qulluqçu ölüb, onlarla hərbçi yaralanıb. Ertəsi gün yaralılardan daha biri xəstəxanada keçinib.


Şərhlər