Menu

Merkel livanlı qızcığazı ağlamaq həddinə çatdırdı!

17.07.2015, 17:55
Merkel livanlı qızcığazı ağlamaq həddinə çatdırdı!

Xarici KİV-in yaydığı məlumata görə, kansler Angela Merkel Almaniyanın internet seqmentində tənqid obyektinə çevrilib. Buna səbəb, hökumət başçısının Rostokda məktəblilərlə görüşü zamanı yaranan xoşagəlməz situasiya olub (TASS).

Görüş zamanı, Merkel Livandan olan və valideynləri az qala bu ölkədən deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş qızcığazı dinlədikdən sonra, ona izah etməyə başlayıb ki, məhz nə üçün hökumət ölkəyə gələn bütün miqrantları qəbul etmək iqtidarında deyil. Kansler əlavə edib ki, bu qızcığaz da mümkündür ki, qaçqın statusu almaq istəyən minlərlə insan kimi deportasiya perspektivi ilə barışmalı olacaq.

Nəticədə, Merkel Almaniyanın miqrasiya siyasəti barədəki mülahizələrinə ara verməli olub. Çünki kanslerin belə cavabından sonra qızcığaz televiziya kamerası qarşısında ağlamağa başlayıb. «Əgər biz, indi desək ki, buyurun, siz hamınız gələ bilərsiniz, siz hamınız Afrikadan bizə gələ bilərsiniz... Biz, bunu deyə bilmərik» - kanslerin məhz bu sözləri qızcığazın belə reaksiyasına səbəb olub.

Həm də Merkelin özünün hadisələrin belə gedişinə hazır olmadığı diqqətdən yayınmayıb. Bundan sonra kansler ahəngini yumşaldıb, həmsöhbətinə yaxınlaşıb və əlini çiyninə qoyaraq, onu sakitləşdirməyə çalışıb.

Bu situasiya sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. İnternet istifadəçiləri hesab edirlər ki, kansler miqrasiya siyasəti barədə bunca soyuq mülahizələrdən və belə ciddi cavabdan qaçmalı idi.

Almaniya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, cari il ərzində bu ölkədə qaçqın statusu almaq üçün 400 min sifarişin veriləcəyi gözlənilir ki, bu da ötən ildəkindən 2 dəfə çoxdur.

Qaçqın statusu almaq üçün Almaniyaya gələnlər bunu o saat ala bilmirlər. Hökumət əvvəlcə araşdırır ki, ayrı-ayrı hallarda bunun üçün lazımi şərtlər doğrulurmu? Əgər doğrulmursa, onda xarici vətəndaş ölkədən çıxarılır. 2014-cü ildə 10,8 min miqrant Almaniyadan çıxarılıb ki, bu da 2006-cı ilin rekordunun təkrarı deməkdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol