İrana qarşı sanksiyaların götürülməsi beynəlxalq neft şirkətləri üşün nəhəng imkanlar açıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gözlənilir ki, İran tenderə təxminən 50 neft-qaz obyektini çıxaracaq. Onlardan 21-i prioritet statusdadır.
Ancaq bu, yalnız o zaman mümkün olacaq ki, İranın Neft Nazirliyi yeni kontrakt şətrlərinin hazırlanması işini yekunlaşdıracaq. Bundan sonra nazirlik həddən artıq namizədlər arasından seçim eləməli olacaq, çünki tender ətrafında ajiotajın həddən artıq böyük olacağı gözlənilir.
BP-nin məlumatına görə, İranın qaz ehtiyatı 34 trilyon kubmetr təşkil edir ki, bu da dünya ehtiyatlarının 18.2%-i deməkdir. Proqnozlara əsasən, qaz obyektlərinin inşasının mürəkkəbliyi səbəbindəın İran yaxın 5 ildə qaz ehtiyatının böyük hissəsini ixrac edə bilməyəcək.

Şərhlər