Rusiya KİV-in yaydığı xəbərə görə, əmək haqqının aşağı olması səbəbindən dolayı, mütəxəssislərin əksəriyyəti Krım yarımadasından Rusiyanın materik hissəsinə gedir. Bu məlumatı Krım respublikası Dövlət Şurasının iqtisadi, büdcə-maliyyə və vergi siyasəti üzrə komitə başçısı Vitali Naxlupin verib (Rosbalt).
Onun fikrincə, əmək haqlarının aşağı səviyyəsi yarımadanın əmək bazarında problemlərin yaranmasına səbəb olur («Krıminform»).
«Təbiidir ki, mütəxəssislərin böyük qismi materikə köçür, çünki orada belələrinə tələbat var. Həm də ona görə ki, orada əmək haqqı yüksəkdir. Krıma materikdən işçi axını yoxdur və yarımada yalnız Ukraynadan olan fəhlə əllərinə qane olmağa məhkumdur. Müvafiq şərait yaradılarsa, ukraynalılar məmnuniyyətlə Krıma gəlirlər» - deyə, Naxlupin qeyd edib.
Məmur deyib ki, qüvvədə olan normalar əsasında əcnəbiləri işə götürərkən «biz, 30 gündən artıq prosedura və qiymətinə görə, 10 min rubldan artıq paketə çıxırıq».
«Əmək Miqrantları üçün ilkin investisiya xərcləri kifayət qədər yüksəkdir. Bu da kurort mövsümü vaxtı insanların buraya gəlməsinə şərait yaratmır. Biz, belə imkanlardan istifadə edə bilmirik» - deyə, komitə sədri əlavə edib.
AzPolitika.info


Şərhlər