Menu

BMT Baş katibi Cənubi Osetiyada «sərhəd oyunu»undan danışıb

18.07.2015, 00:39
BMT Baş katibi Cənubi Osetiyada «sərhəd oyunu»undan danışıb

Xarici KİV-in yaydığı xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun Gürcüstanla Cənubi Osetiya arasındakı ayırıcı xətlə bağlı yaranmış situasiyadan narahtlıq keçirdiyini deyib. O, tərəfləri fitnəkar (provokasion - red.) hərəkətlərdən çəkinməyə və bütün zidiyyətli məsələləri mövcud mexanizmlər çərçivəsində, o cümlədən, Cenevrə disskusiyasından keçirməklə həll etməyə çağırıb (Rosbalt).

Baş katibin fikrincə, tərəflər narahatlıq doğuran məsələlərin tənzimlənməsi və gərginliyin aşağı salınması üçün «beynəlxalq Cenevrə disskusiyaları və insidentlərə reaksiya və onların qarşısının alınması kimi mövcud mexanizmlərdən istifadə etməlidirlər».

Xəbər verildiyi kimi, bundan əvvəl Gürcüstan İsveçrə səfirliyi vasitəsilə Sxinval bölgəsində yeni sərhəd bannerlərinin quraşdırılması (guya ki, Cənubi Osetiya sərhədini göstərən lövhələr) ilə bağlı Rusiyaya etiraz notası göndərmişdi. Tbilisidə təsdiqləyirlər ki, Rusiya sərhədçiləri ötən həftə «Cənubi Osetiyanın dövlət sərhədi» yazılmış lövhələri «sürüyüb» Gürcüsan ərazisinin 450 metr dərinliyinə quraşdırıblar.

Yeni «sərhəd xətti» ümumqafqaz əhəmiyyətli avtomobil yolunun cəmi 450 metrliyindən keçir. Formal olaraq Cənubi Osetiyanın nəzarəti altına keçmiş ərazidən «bp» şirkətinə məxsus Bakı-Supsa neft kəmərinin keçməsi isə xüsusi narahatlıq doğurur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol