Menu

Naxçıvanda nazir oğlu qəza törətdi, ölən var

18.07.2015, 01:12
Naxçıvanda nazir oğlu qəza törətdi, ölən var

İyulun 15-də axşam saatlarında Naxçıvanın maliyyə naziri Xalid İsgəndərovun oğlu Sadiq İsgəndərov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə qəza törədib. Sadiq İsgəndərovun sükanı arxasında olduğu avtomobil motosikleti vurub.

Məlumatda qəza nəticəsində motosikl sürücüsünün ağır xəsarətlər aldığı, nazir oğlunun isə yüngül yaralandığı bildirilir. Yaralılar təcili olaraq Naxçıvan şəhər xəstəxanasına çatdırılıblar...

Mia.az-a daxil olan məlumata görə, nazirin oğlunun vurduğu adam bu gün xəstəxanada dünyasını dəyişib.

Xalid İsgəndərovun üç oğlu var və qəzaya düşən Sadiq Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynovun qızı ilə bu yaxınlarda nişanlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol