Menu

İŞİD İraqda Ramazan bayramını faciəyə döndərdi: azı 100 ölü

18.07.2015, 08:58

Isidİraqın şərqindəki Bani-Saad şəhərinin mərkəzi bazarında törədilmiş partlayış nəticəsində azı 100 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, ötən gün Bani-Saad şəhərinin mərkəzi bazarında avtomobil partladılıb. Partlayış sakinlərin müqəddəs Ramazan bayramı ilə əlaqədar bazarda toplaşdığı an törədilib.

İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata görə, avtomobildə 3 ton partlayıcı maddə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol