Menu

Prezident 12 rayon rəhbərini istefaya göndərdi

18.07.2015, 09:00
Prezident 12 rayon rəhbərini istefaya göndərdi

Ukrayna prezidenti Pyotr Poroşenko Zakarpat vilayətinin 12 rayon administrasiyasının rəhbərlərinin istefaya göndərilməsi haqqında fərman imzalayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq əmrlər Ukrayna rəhbərinin saytında dərc edilib.

İyulun 15-də Zakarpat vilayətinin 12 rayon administrasiyasının rəhbəri istefaya getmələri barədə ərizə yazıblar.

Qeyd edək ki, Zakarpat vilayətində kadr dəyişikliyi Mukaçevoda baş vermiş silahlı insident fonunda həyata keçirilib. Xatırladaq ki, “Sağ Sektor” təşkilatının üzvləri və milis arasında iyulun 11-də baş vermiş silahlı qarşıdurma nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Prokurorluq Mukaçevoda baş verənləri terror aktı adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol