Menu

Baş nazir ölkədəki hakimlərin hamısının istefaya göndərilməsini tələb etdi

18.07.2015, 09:18
Baş nazir ölkədəki hakimlərin hamısının istefaya göndərilməsini tələb etdi

Ukraynanın baş naziri Arseni Yatsenyuk ölkədəki hakimlərin hamısını istefaya göndərilməsini tələb edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Podrobnosti” nəşri məlumat yayıb.

“Ölkənin məhkəmə sistemindəki əsas problem hakimlərin özləri ilə bağlıdır. Ölkənin hakim korpusu tamamilə dəyişməyincə korrupsiya ilə mübarizədə real nəticəyə nail olunmayacaq”, deyə Yatsenyuk qeyd edib.

Qeyd edək ki, Ali Rada yaxın zamanda məhkəmə və hakim toxunulmazlığının ləğv olunması məsələsinə baxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol