Menu

ABŞ Ukraynanı İrana dəyişməyib! - Viktoriya Nuland

18.07.2015, 22:51
ABŞ Ukraynanı İrana dəyişməyib! - Viktoriya Nuland

Xarici KİV-in yaydığı məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland bəyan edib ki, Ukraynanı İranın nüvə proqramı üzrə razılaşmaya dəyişməsi barədə ABŞ-ın Rusiya ilə heç bir sövdələşməsi olmayıb (Rosbalt).

«Mən qeyd etməyə borcluyam ki, bu məsələ mənə təhqiredici görünür, çünki Birləşmiş Şatatlar heç vaxt belə «ticarət»lə məşğul olmur. ABŞ-a gerçəkdən də xoşdur ki, biz Çinli və Rusiyalı həmkarlarımızla İrana aid məsələlər üzrə əməkdaşlıq edirik. Amma bu, o demək deyil ki, Rusiya ABŞ-a və ya kiməsə hansısa «xidmət»i göstərib. Onlar bunu öz maraqları naminə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə etdilər» - deyə, Nuland bəyan edib.

Xatırladırıq ki, çərşənbə axşamı İranın nüvə proqramı üzrə sazişin əldə olunması BMT TŞ-nın sanksiyalarının və milli sanksiyaların ləğvini nəzərdə tutur. Məsələn, «altılıq»la saziş layihəsi Avropa İttifaqının İrandan neft və qaz idxalına və bu ölkəyə qazma-hasilat avadanlıqlarının ixracına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Sanksiyaların aradan qaldırılmasının əvəzində isə İran, 15 il müddətinə nüvə yanacağı istehsalı sahəsində elmi-tədqiqat işləri aparmayacağını öhdəsinə götürür. Bundan başqa, sənədə əsasən, 15 il ərzində İranda az zənginləşdirilmiş uran ehtiyatının miqdarı 300,0 kiloqramı aşmamalıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol