Menu

Milyarder Yunanıstanda ada aldı!

19.07.2015, 12:16
Milyarder Yunanıstanda ada aldı!

Xarici KİV-in yaydığı xəbərə görə, «Forbes» versiyası üzrə dünyanın 3 nömrəli milyarderi Uorren Baffert İtaliyalı milyoner Aleksandro Proto ilə birlikdə 15 milyon avroya Yunanıstanda bir ada alıb (Rosbalt).

Yunan nəşri «Protothema» təsdiqləyir ki, Adriatik dənizində sahəsi 1,2 kvadrat kilometr olan adanı almaq sövdəsində məqsəd Yunanıstan iqtisadiyyatına gələcəkdə investisiya qoymaqdan ibarətdir.

Baffertin sözlərinə görə, Yunanıstan iqtisadiyyatının indiki durumu investisiya yatırmaq üçün yaxşı imkanlar vəd edir və bir çoxları bunu etməyə hazırdır.

Bir neçə gün bundan əvvəl məlumat yayılmışdı ki, Egey dənizindəki yaşayış olmayan bir adanı məşhur amerikalı kinoaktyor Conni Depp alıb. Bu sövdə ona 4,2 milyon avroya başa gəlib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol