Xarici KİV-in yaydı xəbərə görə, Ukraynanın Aqrar siyasət və ərzaq nazirliyi (UAƏN) qazaxıstanlı həmkarları ilə Ukrayna şəkər istehsalçılarının Qazıxıstanın bazarına çıxması istiqamətində danışıqlar aparır. Bu barədə məlumatı Ukrayna tərəfin mətbuat xidməti yayıb (Rosbalt).
«Ölkənin şəkər istehsalçıları nazirliyə müraciət edərək, ağ kristallik şəkərin Qazaxıstan bazarına ixracına hazır olduqlarını bildirdilər. Bu təklifin reallaşdırılması üçün biz, fəal danışıqlar aparırıq. Danışıqların gedişində ixracın həcmi və qiymət aspektləri razılaşdırılacaq» - deyə, nazirliyin məlumatında qeyd olunur.
Ukraynanın Avropaya interqrasiya məsələləri nazirinin müavini Vladislava Rutitskaya qeyd edib ki, Ukrayna istehsalçıları şəkərdən əlavə, süd məhsullarının ixracında da maraqlıdırlar.
Xəbər verildiyi kimi, Qazaxıstan bəzi Ukrayna müəssisələrinin süd məhsulları üzərinə qoyulmuş məhdudiyyəti aradan qaldırıb.
AzPolitika.info


Şərhlər