Menu

Həmsədrlər əvvəl İrəvana, sonra Bakıya gəlirlər

20.07.2015, 09:06
Həmsədrlər əvvəl İrəvana, sonra Bakıya gəlirlər

Hazırda Minsk qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana səfər edəcəklər. Anspress-in məlumatına görə, bu haqda Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində məlumat yayıb. Həmsədrlər iyulun 20-də Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Həmsədrlər regiona səfərləri çərçivəsində Bakıya da gəlib Azərbaycan rəhbərliyi ilə görüşəcəklər. Hazırda Minsk qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol