Menu

Deputat İŞİD-ə görə saxlanıldı

20.07.2015, 12:46
Deputat İŞİD-ə görə saxlanıldı

Qırğızıstan parlamentinin sabiq deputatı “İslam Dövləti” (“İŞİD”) terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilərək saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

"Saxlanılan şəxs pul vəsaiti və silah-sursat vasitəsilə terrorçu qruplaşmaya yardım edib", deyə məlumatda bildirilir.

Saxlanılan şəxsin adı istintaq sirri olduğuna görə açıqlanmır. Yalnız o məlumdur ki, həmin şəxs parlamentdə "Ak Jol" iqtidar fraksiyasına daxil olub.

Sabiq deputat Bişkek hava limanında, ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol