Yunanıstanda restoranlarda və qida sektorunda əlavə dəyər vergisi 13 faizdən 23 faizə yüksəlib.
Musavat.com-un məlumatına görə, bununla da Yunanıstanda ucuz istirahətlərin sonu çatıb. Vergi faizi qalxdığı üçün yeməklərin də qiymətlərinin qalxacağı ehtimal edilir. Təzə ət, dondurulmuş ət, balıq, qəhvə, çay, kakao, düyü, un, süd də vergisi artırılan məhsullara aiddir.
Yunanıstanın iqtisadi qəzetlərin yazdığına görə, vergi faizi artırıldığı üçün ölkə il sonuna qədər 800 milyon avro qazanacaq.
Bununla da bu ölkədə ucuz tətil keçirmək istəyənlərin niyyəti puç olmuş olur.


Şərhlər